Bu gün Türkiyənin meqastarı Tarkanın 50 yaşı tamam olub.
OLAY yazır ki, Almaniyanın Alzey qəsəbəsində dünyaya göz açan sənətçi 1986-cı ildə ailəsi ilə birlikdə Türkiyəyə gəlib.
İfaçı “Dudu”, “Şımarık”, “Yolla”, “Öp”, “Beni çok sev” kimi saysız hitlərə imza atıb.
Onun İzmirdə baş tutan 2 milyon nəfərin izlədiyi son konserti isə dünyanın ən izdihamlı ilk beş konsertindən biri olub.
Müğənni 2016-cı ildə Pınar Dileklə ailə qurub. Onların bir qızı var.