WOW
WOW

“Qızlarım 9-da işə gedib, 6-da evə qayıtsınlar”

“Qızlarım 9-da işə gedib, 6-da evə qayıtsınlar”

Müğənni Emil Bədəlov qızlarından söz açıb.

OLAY yazır ki, sənətçi “Səhiyyə” TV-də yayımlanan “Sağlam səhər” proqramında aparıcıların suallarını cavablandırıb.

O, qızlarının peşə seçməsi ilə bağlı bu sözləri deyib:

“Böyük qızımın 10 (Səadət – red.), Zeynəbin isə 5 yaşı var. Qızlarıma yaxşı ana, ailə sahibi olmağı arzu edirəm. Peşələrini də elə seçsinlər ki, özlərinə zərər verməsinlər. Çalışıram onlar hüququnu pozmayım ki, o sözü mənə deməsinlər. Onlar böyüyənə kimi də inşallah elə şey olmaz. Hələ ki aramızdan pərdə götürülməyib. Böyük qızımın musiqiyə marağı var, rəqsə də qoymuşam. Amma istəyirəm həvəsini gənc yaşlarda öldürsün. Bu sənətdə namuslu-qeyrətli xanımlarımız da var, ancaq qadın üçün çətin sənətdir. Dedi-qodulu sənətdir. Elə olar ki, haqlı ola-ola onu cəmiyyətə haqsız təqdim edərlər. İstəyərəm ki, saat 9-da işə gedib, 6-da evə qayıtsınlar”.