WOW
WOW

“Mən özüm markayam”

“Mən özüm markayam”

Müğənni Ayan Babakişiyeva instaqramda barter etmədiyini açıqlayıb.

OLAY yazır ki, bu barədə o, “Səhərin səsi” verilişində danışıb. Ayan deyib ki, geyim mağazalarını reklam etmir:

“Böyük danışacam, mənim özüm bir markayam. Öz adım, çəkim mənə bəs edir. Kimsə mənə reklamla bağlı müraciət edəndə gülməyim gəlir. Çünki bu vaxta qədər əziyyət çəkib, instaqram kütləsi toplamışam. Hər ay statistikanı skrin edib paylaşıram. Hesabat xarakterli kimi. Qonorar təqdim olunur ki, belədir. Heç vaxt barterlə işləyə bilmərəm. Edənlərə də bir söz deyə bilmərəm, şəxsi fikirləridir. Fikrimcə, etməsələr daha yaxşıdır”.