Bir zamanların məşhur reklam siması “Cinbala” kimi tanınan Gülçin Əlibəylinin illər sonrakı dəyişimi diqqət çəkib.
OLAY yazır ki, onun indiki halını isə atası aparıcı Elçin Əlibəyli paylaşıb.
O, feysbukda qızının fotosunu yayımlayaraq, ona Beynəlxalq Qızlar Günü münasibətilə təbrik ünvanlayıb.
“Qızım, qızılım, baş tacım, Gülçinim!”, - deyə, E. Əlibəyli qeyd edib.
Xatırladaq ki, Gülçin illər əvvəl müğənni Elçin Cəfərovun “Şipşirin” klipində də çəkilib.