WOW
WOW

“Bu mahnını sakit oxumaq üçün vaxtını gözlədim”

“Bu mahnını sakit oxumaq üçün vaxtını gözlədim”

Xalq artisti Röya Ayxan “Özəl” verilişinə qonaq olub.

OLAY yazır ki, sənətçi “Yar, gələrsən” adlı mahnısından söz açıb.

“Bu mahnını sakit, titrək oxumaq üçün o qədər vaxtını gözlədim ki… Havanın da mənim üçün önəmi var. Qalxdım gördüm ki, küləkdi. Zəng vurdum ki, bu gün o ifanı oxumaq istəyirəm. Bu mahnını paylaşanda daha çox rəylər gəldi ki, “əvvəlki səsi yoxdu, səsi batıb”. Sanki mən bütün mahnılarda zil oxumalıyam (gülür). Hər mahnının öz xasiyyəti var. Bu mahnını isə üşüyə-üşüyə, kövrək oxumaq lazımdır”, - deyə, Röya bildirib.