Vüsalə Əlizadənin təqdim etdiyi “7 Canlı” verilişinin yayımı yarımçıq dayandırılıb.
OLAY-ın əldə etdiyi məlumata görə buna səbəb texniki nasazlıq olub.
Belə ki, efir başladıqdan 20 dəqiqə sonra müğənni Elvin Mirzəzadənin ifasının ardınca yarımçıq kəsilib. Proqramın yerinə isə anonslar efirə gedib.
Xatırladaq ki, sözügedən verilişdə daha əvvəl də belə hal yaşanıb.