WOW
WOW

“İlhamə Quliyeva kimi Rəhimin də mahnılarını oxuyaq”

“İlhamə Quliyeva kimi Rəhimin də mahnılarını oxuyaq”

Xalq artisti Faiq Ağayev ürəktutmasından vəfat edən həmkarı Rəhim Rəhimlinin 7 yeni mahnısının olduğunu açıqlayıb.

OLAY yaızr ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb.

Ağayev həmkarlarına səslənərək Rəhimin yayımlanmamış mahnılarını oxumağı təklif edib:

“Rəhim səs yazısını və master işlərini mən çalışdığım studiyada edir. Sonradan anası da təsdiqlədi ki, yeddi yeni mahnısı var. Böyük qayıdış fikirləşirdi. Özü üçün 7 yeni mahnı yazmışdı. Eynisini İlhamə Quliyeva rəhmətə gedəndə etmişdik. Hərəmiz bir mahnısını oxuduq. Təklif edirəm ki, Rəhimin mahnılarını oxuya bilənlər hərəsi birini seçsin. Həmin mahnıları yazaq. Rəhimin ölüm ildönümünə qədər təqdim edək ki, ruhu şad olsun. Musiqiçiyə bundan böyük hədiyyə yoxdur”.