WOW
WOW

Kraliça nəvələri ilə bağlı açıqlama yaydı

Kraliça nəvələri ilə bağlı açıqlama yaydı

Danimarka kraliçası Marqret nə üçün dörd nəvəsini şahzadə titullarından məhrum etdiyini açıqlayıb. 

OLAY yazır ki, qərarını izah edən Kraliça jurnalistlərə deyib: “Mən bu barədə xeyli vaxtdır düşünürəm və bu, gələcəkdə onlar üçün yaxşı olacaq. Səbəb də budur”. 

O, nəvələrinin yaxşılığı üçün bu addımı atdığını söyləyib. 

Qeyd edək ki, sentyabrın 28-də Danimarka Kraliçası Marqret 23 yaşlı Nikolay, 20 yaşlı Feliks, 13 yaşlı Henrik və 10 yaşlı Afinanı şahzadə titullarından məhrum etmək qərarına gəlib.