Olay
Olay

Kral ailəsində qalmaqal - Şahzadə olmayacaqlar

Kral ailəsində qalmaqal - Şahzadə olmayacaqlar

Avropanın yeganə yeganə Kraliçası və qitədə ən uzun müddət monarx olan Danii Marqret səkkiz nəvəsindən dördünü titullarından məhrum edib.

OLAY yazır ki, səbəb kral ailəsinin kiçik oğlu şahzadə Yoahimin dörd övladının daha normal həyat sürməsinə icazə vermək istəməsi olub. Oxşar hərəkətlər Avropadakı digər kral ailələri tərəfindən də edilir. Bu, həm də monarxın ailəsinin ixtisarına imkan verir.

“2023-cü il yanvarın 1-dən etibarən HRH Şahzadə Yoahimin övladları yalnız Monpeza qrafı və qrafinyası titullarından istifadə edə biləcəklər və onların keçmiş Danimarka şahzadəsi və şahzadəsi titulları mövcud olmayacaq”, - kral sarayının bəyanatında deyilir. 

53 yaşlı şahzadə Yoahimin iki nikahdan dörd övladı var: Nikolay, Feliks, Henrik və Afina.

Kraliçanın 54 yaşlı vəliəhd şahzadə Frederikdən doğulan digər dörd nəvəsi titullarını qoruyacaqlar.