Müğənni İradə İbrahimova illərdir küsülü olduğu müğənni Rəhim Rəhimli barədə paylaşım edib.
OLAY yazır ki, sənətçi instaqram hesabında bunları qeyd edib:
“Üz-üzə gəlməyi, yarımçıq qalan söhbətimizi bitirməyi çox istərdim. Amma qismət olmadı. Üzgünəm, işıqlı ol”.
Qeyd edək ki, Rəhim illər əvvəl açıqlama verərək İradədən üzr istəmişdi və küsülülük səbəbini açıqlamışdı:
“İradə İbrahimova ilə aramızda anlaşılmazlıq olmuşdu. Aranjımançı Rafiq Hacıyevlə albom hazırlamağa başladıq. Xalq mahnısı ifa etməli idim. Qərara gəldik ki, “Araz axar qiyqacı” mahnısını ifa edim. Rafiq dedi ki, həmin mahnını İradə üçün aranjiman etmişəm, ondan icazə al, oxu. İradəyə zəng vurdum, həmin mahnının minusunu istədim. O da “qurbandı sənə” dedi.
İradəyə söylədim ki, həmin mahnını albom üçün istəyirəm, başqa səhnələrdə oxumayacam. İradəyə söz verdiyimi unuduram və icazəsiz televiziya kanalında oxuyuram. İradə də Türkiyədə bunu görür və inciyir. Ondan üzr istəyirəm, icazəsiz ifa etmişəm”.