WOW
WOW

“Kosmonavt olmaq istəyirdim, Şahzadə yox”

“Kosmonavt olmaq istəyirdim, Şahzadə yox”

Avropanın ən qədim xanədanlarından biri Meklenburq Hersoqluğunun vəliəhd Şahzadəsi Corc Aleksandrla ailə quran türk xanım Hande Macit müsahibə verib. 

OLAY yazır ki, o, toydan sonra Şahzadə ilə tanışılığından və münasibətlərinin necə davam etməsindən danışıb. 

Hande deyib ki, Corcla bir partidə tanış olub:

“Onunla göz-gözə gəldik, çox bəyəndim. Amma utandığım üçün danışa bilməmişdim. Sonra Aleksandr yanıma gəldi. Söhbətimiz başladı,ona vuruldum. Şahzadə olduğunu isə tanış olduqdan iki həftə sorna öyrəndim. Ailəmə dedim, fikirlərini öyrəndim. Rotterdamda evlənmə təklif etdi. Üzüyü özü dizayn etdiyi üçün görmüşdüm. Ona görə təklif süpriz olmadı. Mən həmişə kosmonavt olmaq istəyirdim. Şahzadəliklə bağlı bir xəyalım yox idi”. 

Macit söyləyib ki, Şahzadənin ailəsi onunla səmimi münasibət qurub:

“Məni mehriban şəkildə qarşıladılar. Tədbirləri, məclisləri bizə bir az yaddır, amma yadırğamadım. Aleksandr türk yeməklərini çox sevir. Kababı, tantunini və künəfəni bəyənir. Nişanımızdan sonra Türkiyəyə tətilə getdik. Çukurovanın isti hava temperaturuna çox təəccübləndi. Uşaqlığımdan bəri getdiyim yer onun da sevimlisi oldu”.