Olay
Olay

Türk qızı kral ailəsinə gəlin köçdü

Türk qızı kral ailəsinə gəlin köçdü

Avropanın ən qədim xanədanlarından biri olan Meklenburq Hersoqluğunun vəliəhd Şahzadəsi Corc Aleksandr Meklenburq Türkiyənin Mersin bölgəsindən olan Hande Macit adlı xanımla ailə qurub.

OLAY yazır ki, cütlük 17 sentyabrda evləniblər.

Almaniyanın şimalında təşkil edilən toyda 200-ü şəxsi qonaq olmaqla, Avropanın siyasi elitasından olan 500 nəfər iştirak edib.

Meklenburq hersoginyası titulunu alan 29 yaşlı Hande atası Suphi Macitin qolunda antik toy maşını ilə gətirildiyi şadlıq sarayına daxil olub. İngiltərə kraliçası Elizabetin vəfatı ilə əlaqədar cütlüyün toyunda bir dəqiqəlik sükut elan edilib. Toydan sonra qonaqlara yemək verilib, şəhər sakinləri toya böyük maraq göstəriblər.

Qeyd edək ki, Handenin Hollandiyanın Rotterdam şəhərində təhsil alıb. Meklenburq şahzadəsi Corc Aleksandr İngiltərə kralı III. Çarlzın 7-ci göbək qohumudur.