Türkiyənin rok ulduzu Teoman həmkarı Şebnem Ferahla bağlı açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, ifaçı fikirlərini belə ifadə edib:
“Şebnem ilə hər zaman dost olmuşuq. “Gələcəkdə çox qocalanda evlənib, bir-birimizə baxacağıq”, - deyə, öz aramızda arada bir danışırıq”.
Xatırladaq ki, Teoman və Şebnem illərdir pərəstişkarları tərəfindən bir-birinə yaraşdırılsa da, onlar sadəcə dost olduqlarını vurğulayır.