WOW
WOW

“Heç kəsi aldatmamışam” - Zeynal ittihamlara cavab verdi

“Heç kəsi aldatmamışam” - Zeynal ittihamlara cavab verdi

Tanınmış fotoqraf Zeynal Məmmədli haqqında səsləndirilən dələduz iddialarına cavab verib. 

OLAY yazır ki, o, instaqram hesabında açıqlama yayaraq kimisə aldatmadığını bildirib.  

Zeynal qeyd edib ki, ona qarşı qara piar aparan şəxslər məhkəmədə cavab verəcək:

“Bu qara PR-dır, nədir, bilmirəm. Məni tanıyan hər kəs bilir ki, heç kəsi aldatmamışam. Amma bəzi insanlar kimi “giveaway” adı ilə sponsorlardan yığılan 100 minlərlə pula 7 minlik üstü bəzək, altı təzək və ölüxanada yığılan avtomobilləri kimlərəsə bahalı, lüks maşın adı ilə qazandırmamışam. Halalca öz pulumu qazanan insanam. Öz qohumlarının toyunda mənə ödənilən məbləğdən 300 AZN-ni məndən alan oğlanlar bunu təsdiqləyər ki, haram pul yemirəm. 

Mənim 28 yaşım var, mən ata və öz halal çörəyimi yeyən insanam. Qayınana evində yaşayıb qayınata çörəyi yeyən oğlanlardan deyiləm.

Mən hələ də bu yazılanlara gülərək susuram. Mənə “dələduz” sözünü yazan, yazdıran insanlar məhkəmə qarşısında cavab verdikdən sonra yəqin ki, “dələduz” sözü “dələduz profili”, “dələduz cütlük” sözləri ilə əvəz olunacaq. Allah hər kəsi şər-böhtab atan “dostlardan” və “insanlardan” qorusun”. 

Qeyd edək ki, ötən gün Bakı sakini Ülkər Ağayeva OLAY-a müraciət edərək fotoqrafdan şikayətçi olmuşdu. Eyni zamanda, bloger Nagehan Abdullayeva da Z. Məmmədlinin ona pulunu vermədiyini iddia etmişdi.