WOW
WOW

Türkiyədə məşhurlaşan azərbaycanlı “Niki Minaj” kimdir?

Türkiyədə məşhurlaşan azərbaycanlı “Niki Minaj” kimdir?

Son zamanlar türk mediasında da danışılan, sosial şəbəkələrdə xeyli paylaşılan Asya Alizade adlı gənc Türkiyə gündəmini zəbt edib.

OLAY yazır ki, gənc ifaçı digərlərindən bir qədər fərqlənir. Belə ki, Asyanın tərzi, ifa stili dünya ulduzları Kardi B və Niki Minaja bənzədilir. 

Alizade hazırda Murda, Mero kimi türk reperlərlə birgə duetlər oxuyur, konsertlərdə çıxış edir. O, sosial media fenomeni Berkcan Güvenlə ( Bege) dueti ilə daha da populyarlaşıb. 

Alizade haqqında mediada çox məlumat yer almasa da, onun Rusiyada doğulan azərbaycanlı olduğu bildirilir.