WOW
WOW

iPhone 14 təqdim olundu

iPhone 14 təqdim olundu

“Apple” şirkəti yeni iPhone 14 seriyasını təqdim edib.

OLAY yazır ki, yeni seriyaya iPhone 14, iPhone 14 Pro, iPhone 14 Max və iPhone 14 Pro Max modelləri daxildir. 

Bu seriyanın yenilikləri isə belədir:

Fövqəladə vəziyyətlərdə peykə qoşulmaqla xilasetmə çağırma

Avtomobil qəzasının avtomatik təyini ilə smartfonun kömək çağırması

Arxa əsas kameranın 48 meqapikselə qaldırılması

Yeni prosessorlar

Qiymətlərə gəldikdə isə iPhone 14-ün qiyməti 799 dollar, iPhone 14 Pro 1099 dollar, iPhone 14 Max 899 dollar, iPhone 14 Pro Max isə 1,199 dollardır.

mənbə: Texnobloger Fərid Pərdəşünas