Olay
Olay

Nikodan “TikTok”da rekord - Bir günə 7 min dollar

Nikodan “TikTok”da rekord - Bir günə 7 min dollar

Azərbaycan TikTok seqmentində rekord nəticə qeydə alınıb. 

OLAY yazır ki, bu barədə texnobloger Fərid Pərdəşünas məlumat yayıb.  

Qeyd olunub ki, Özbəkistandan olan bir TikTok-erlə duelə çıxan Nikosayağı ləqəbli azəbaycanlı aktyor Nicat Şakirli 25 min izləyici olan yayımda rəqibini məğlub edib. 

Yayım 10 milyon bəyənmə alıb və 3 milyondan çox jeton yığılıb. Bu jetonlar isə TikTok-erə 7000 dollardan çox pul qazandırıb .

Pullar yerli TikTok izləyiciləri tərəfindən göndərilib. Ümumilikdə yayıma 14.000 dollardan çox pul xərclənib. Canlı yayımda Bayram Nurlu, Pərviz Bülbülə, Pərvin Abıyeva kimi məşhurlar hədiyyə dəstəyi verib. Ən çox dəstək isə bayraktar ləqəbli bir istifadəçidən gəlib.