Olay
Olay

Bu ilin ən “cool” eynək modelləri...

Bu ilin ən “cool” eynək modelləri...

Günəş eynəkləri hər mövsümün sevimli aksesuarlarından biridir.  Xüsusilə yay aylarında fərqli rəng və modelli eynəklərdə hansı trendlərin yer aldığını araşdırıb sizin üçün bir araya gətirdik. 

OLAY yazır ki, optik modeldə, yaxud da günəş eynəyinizdə seçə biləcəyiniz detallara nəzər salın və 2022-ci ilin trendlərinə eynək prizmasından baxın!

Düzbucaqlı eynək...

2022-ci ildə həm isti, həm də soyuq mövsümün favoritləri düzbucaqlı modeldə eynəklər olacaq. Naxışlar və rənglərdə istədiyinizi seçə biləcəyiniz bu modelləri üz şəklinizə görə kiçik, ya da orta ölçüdə seçə bilərsiniz.

Hələlik deyə bilərik ki, son dərəcə böyük eynək modelləri 2022-ci ildə çox uğur qazanmayacaq.

Rəngli eynək modelləri...

Bu il rəngarəngliyə necə baxırsınız? Aksesuarlarda rənglərin enerjisini üslubunuza uyğunlaşdırmağın ən asan yoludur. Bu mərhələdə günəş eynəkləri işə düşəcək. Yaxşı olar ki, tozlu rəflərdən pişik göz eynəkləri götürün! Dövr təkrarlanır. 

Metal detallı vintaj eynək modelləri...

Yanlarında metal brend loqosu olan və ya heç bir loqosuz metal keçidli eynəklər bu il çox populyar olacaq. Bu modelləri tapmaq üçün ideal yerlər vintaj butiklərdir. Müxtəlif modellərdə, rənglərdə və naxışlarda həmin eynəkləri əldə etməklə dəbli görünüşə sahib ola bilərsiz.