Aparıcı Kazım Sübhan paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o, ad çəkmədən bəzi müğənniləri tənqid edib:

“Əlbəttə pul qazanmaq, yaxşı yaşamaq çox önəmlidir. Amma mənə elə gəlir ki, müğənnilərimiz toyda tükənirlər. Ümumiyyətlə, toy onları böyük səhnələrdən uzaq tutur. Toy onların gerçək istedadını ortaya çıxarmağa, daha böyük işlər görməyə sanki mane olur. Ən gözəl geyimlər toyda israf olunur, enerjilər sanki toyda yox olur. Ona görə də mən istərdim ki, bizim müğənnilərimiz daha böyük səhnələr haqqında düşünsünlər, pul qazanmağın başqa yollarını da axtarsınlar”.