Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısesin məşhurlaşdırdığı Engür Kalenderin evindən iki yük maşını zibil çıxıb.
OLAY yazır ki, psixoloji problemləri olan Engürün anası ilə birlikdə İstanbulda yaşadığı evi bələdiyyə işçiləri təmizləyib.
Qonşular bildirib ki, evdə nə su, nə də işıq olub.
Heyvan zibilləri və kiflənmiş əşyalarla dolu olan evdən hətta ölü pişik balaları da çıxıb.
Evin qapısı açılanda ətrafı bürüyən qoxuya görə insanlar o küçədən keçməkdə belə çətinlik çəkdiyi halda, allergik astma xəstəsi olan anası ilə Engür Kalenderin o evdə necə yaşadığı isə məlum deyil.