WOW
WOW

“Elə bilirlər varlının yanında sanballı görünəcəklər”

“Elə bilirlər varlının yanında sanballı görünəcəklər”

“Bizim millət niyə gülümsəmir ? Yəni, harasa gələndə mağaza, klinika fərq etmir- hamı bir-birinə sifət edir. Hamı bir-biri ilə minnətlə danışır. Pozitiv enerji ötürən yoxdur. Güləndə də kiminsə üzünə, sonra arxada mütləq bir qeybət olmalıdır” . 

OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.  Sənətçi neqativ insanlar şikayətlənərək onların komplekli olduqlarını qeyd edib:

“Kişili, qadınlı qeybət, böhtan, şər edirlər. Bu, normaldı, amma insanlara mülayim, gülərüz, sevgiylə davranmaq normal deyil sanki. Hətta yaltaqlıq kimi dəyərləndirilir. Hamı bir-biri ilə sanki borcu var, qaytarmırmış kimi danışır. Zəhirmarı üzünüzdən azaldın. Bəsdirin qeybət etdiz. Adam iyrənir. 

Tanımadığınız və sizə heç bir pisliyi keçməyən insanlardan danışmayın heç olmasa. 

Şəxsən mən mənə qarşı münasibəti müzakirə edirəm danışanda kimdənsə. Zatən yaxşı, pis insan olmur. Kiməsə görə yaxşı, kiməsə görə pis olur.
Misal üçün elə bizim sferada bir çoxu ancaq imkanlı insanlara yaxşı münasibət göstərirlər. Vəzifəli, imkanlı insanların ətrafında olmağı seçirlər. Uşaqlıq kompleksidir əslində. Elə bilirlər elə insanların ətrafında daha sanballı görünəcəklər. Onlara qarşı yaxşı olduqlarına görə həmin insanlara görə yaxşı insandırlar. Başqalarını isə əzmək onlar üçün normal haldır (özlərini də vaxtı ilə əziblər). Çünki özlərindən aşağı gördükləri insanlar fikri onlara maraqlı deyil. 

Əfsuslar olsun ki, pul hər şeydən üstündür bizim üçün . Üzeyir Hacibəyovun “Pulun var, gələrəm” hələ də aktualdır. Pula verdiyimiz dəyərin içində nə yaxşını, nə də pisi tanıya bilirik”.