WOW
WOW

Şahzadə xanımına xəyanət edib?

Şahzadə xanımına xəyanət edib?

İngiltərə şahzadəsi Uilyamın xanımı Keyt Midltona xəyanət etdiyi iddia olunub.

OLAY yazır ki, məşhurlar haqda anonim mesajlar paylaşan populyar sosial şəbəkə səhifəsində kraliyyət ailəsi ilə bağlı şok iddia irəli sürülüb.

Hekayə bölməsinə yerləşdirilən mesajda ailədən bir nəfərin xanımına xəyanət etdiyi, onun başqa biri ilə intim münasibətinin olduğu yazılıb. Hətta deyilənə görə, xəyanət olunan xanım da bu məsələyə sərt reaksiya verməyib. O, həyat yoldaşı digər xanımla sevgi münasibəti qurmadığı üçün buna səs çıxarmayıb. Şahzadə Uilyamın adı mesajda yer almasa da, sosial şəbəkələrdə hər kəs bu şəxsin o, olduğunu düşünüb.  

Hətta şahzadə tvitterdə də gündəm olub. Bundan başqa, Şahzadə Çarlsın xanımı Kamillaya xəyanət etdiyini deyənlər də az deyil.

Qeyd edək ki, Keytlə Uilyam 11 ildir ki, evlidir. Onların üç övladı var.