WOW
WOW

Müharibə şəraitində “Vogue”un siması oldu

Müharibə şəraitində “Vogue”un siması oldu

Ukraynanın Birinci xanımı Olena Zelenskaya “Vogue” jurnalının siması olub.

OLAY yazır ki, dünyaca məşhur dərgi Kiyevdə müharibə şəraitində çəkiliş edib. Kamera qarşısına keçən Zelenskaya  Prezident aparatında və müharibənin izləri görünən ərazilərdə pozalar verib.

Jurnalda yayımlanan kadrlarda Ukrayna Prezidenti Volodimir Zelenski də yer alıb. O, xanımı ilə birgə fotolar çəkdirib.

O. Zelenskaya bu barədə instaqram hesabında paylaşım edib:

“Vogue”un üz qabığında olmaq dünyada bir çox uğurlu və layiqli insanın arzusudur. Hamısına arzuladığım tək şey odur ki, bu, öz ölkələrindəki müharibə səbəbindən olmasın. İndi mən istərdim ki, hər bir ukraynalı qadını burada, mənim yerimdə görəsiniz. Kimisi döyüşür, könüllü olur, kimisi məcburi köçkün düşərgəsində məskunlaşır, sirena səsləri altında işlərini görür... O, bütün dünyada jurnalların üz qabığında olmaq hüququna malikdir və buna layiqdir. Əziz həmvətənlər, indi hər biriniz ölkəmizin simasısınız”