WOW
WOW

İlin ən “cool” 4 rəngi

İlin ən “cool” 4 rəngi

Rənglər insan həyatında mühüm rol oynayır. Hətta, psixoloqların dediyinə görə sevdiyimiz rənglər bizim xarakterimizdən xəbər verir. Məlum məsələdir ki, çox vaxt hansı rənglərə üstünlük verəcəyimizə dair qərarsız qalırıq. Qarderobumuzdakı paltarlara baxıb düzgün uyğunlaşdıra bilmirik.  

Artıq “görəsən qara ilə qırmızı yaxşı qalar yoxsa çəhrayı ilə ağ?” deyə düşüncələrə dalmayacaqsız.

OLAY sizə bu ilin ən dəbdə olan 4 rəngini təqdim edir:

“Bubblegum”,yəni, saqqız rəngi 2022-nin yaz/yay kolleksiyonunun ən cəlbədici rənglərindən biridir.

 

Daha sonra dizaynerlərin bu il ən çox istifadə etdiyi açıq qəhvəyi tonlar da ən təbii rəng çalarları arasındadır.

 

Açıq bənövşəyinin isə bu il sizə ayrıca rəngarənglik qatacağına əmin ola bilərsiniz. Dünya ulduzları belə bu il bənövşəyi tonlarından tez-tez istifadə edir.

 

Daha çox texnologiya dünyasını əhatə edən göy rəng isə sizə “techno” hava qatacaq. Bu rənglə siz həm də ən canlı və gözoxşayan “look”ları yarada bilərsiniz.