WOW
WOW

Nərmin əməliyyatdan sonra ilk dəfə

Nərmin əməliyyatdan sonra ilk dəfə

Qardaşına donor olan müğənni Nərmin Kərimbəyova əməliyyatdan sonra ilk dəfə səhnəyə çıxıb. 

Sənətçi konsert proqramından sonra OLAY-ın suallarını cavablandırıb. 

O bildirib ki, səhnəyə qayıtdığı üçün sevinclidir:

“Həm də həyəcanlı idim ki, görəsən, səhnədə əvvəlki kimi ola biləcəm? Amma bu bir cəhd idi. Fikrimcə, yetəri qədər uğurlu alındı. Bir həftədir ölkəmizə qayıtmışam. Özümü toparlamışam. Əməliyyatdan sonra ilk dəfə dikdaban geyindim. Bizə adi kimi görünən şeylərin sınaqdan keçəndən sonra dəyərini bilirsən. Bu da bir sınaqdır, keçmək lazımdır”.

Nərmin deyib ki, hazırda qardaşının və özünün səhhəti normaldır:

“Donor olmaq istəyənləri, çətindir deyib, qorxutmaq istəmirəm. Çünki donor olmaq şərəfli, insani bir addımdır. Kiməsə kömək edə bilərsənsə, et. Düzgün əməliyyatın nəticəsində mən bu gün səhnədəyəm, qardaşım da ayaqüstə. Bir az çətinliklər ağrılar oldu, amma keçdi. Həyata davam edirik”.

Qeyd edək ki, Nərmin Hepatit B xəstəliyindən əziyyət çəkən qardaşı Kamran Kərimbəyova qaraciyərinin bir hissəsini verib.