Müğənni Ayan Babakişiyeva biznesi ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “10-da görüşək” verilişində danışıb. Ayan deyib ki, işində uğurlu olmadığı vaxtlar da olub:
“Kiminsə fikrini dəyişmək niyyətində deyiləm, ya da belə məcburiyyətim yoxdur. Haradansa, istirahətdən foto paylaşanda deyirlərsə ki, “bunun pulu hardandır?” fikir vermirəm. Mənim biznesim var. Ağıllı insanam. Müğənnilik gəlirli sənətdir, tədbirlərimiz, məclislərimiz olur. Amma elə aylar var ki, heç bir şey qazanmırsan. Normal, dərrakəli insan kimi düşünürəm ki, başqa sahayə də yönəlməliyəm. Mənim də uğurlu olmadığım vaxtlar oldu. O qədər pullarım batdı. O demək deyil ki, bir bizneslə hər şeyi düzəltmişəm. Gəncədə gəlinlik biznesim var idi, orada yüz minlərlə pul batdı”.