WOW
WOW

Burak Özçivit Bakıya gəlir

Burak Özçivit Bakıya gəlir

Türkiyənin məşhur aktyoru Burak Özçivit Azərbaycana gələcək.

OLAY yazır ki, bu barədə təşkilatçı Kürşad Şahin məlumat veirb. O, Burakla Bakı səfərindən əvvəl “Kuruluş Osman” serialının çəkiliş meydançasında görüşdüyünü qeyd edib.

Bildirilib ki, Burak iyulun 2-də Bakıda təşkil olunacaq Kikboksinq turnirində iştirak edəcək. Tədbirdə onunla bərabər Avropa çempionu Zabit Səmədov da yer alacaq.

Qeyd edək ki, “Qarabağ Zəfər gecəsi” adlı tədbir Sərhədçi idman Olimpiya mərkəzində baş tutacaq. Azərbaycanlı və türkiyəli idmançılar xarici kikboksçulara qarşı döyüşəcək.