Türkiyənin reytinqli seriallarından biri “Kuruluş Osman”da növbəti dəfə Azərbaycanla bağlı səhnəyə yer verilib.
OLAY yazır ki, ekran işinin ötən həftəki bölümündə Burak Özçivitin canlandırdığı Osman bəy Şuşanın adını çəkir.
O, başına toplaşan əsgərlərinə “Şərqdəki Şuşa da bizimdir” sözlərini deyir.
Qeyd edək ki, serialda həmyerlimiz, Avropa çempionu Zabit Səmədov da rol alır. Daha əvvəl isə Səmədovun oynadığı Gence Bəy Şuşadan müharibədən gəldiyini, düşmənləri iti qovan kimi qovduqlarını demişdi.