WOW
WOW

“Dəstək olmaq yerinə alça yeyirdi” - Elgizdən Eldara

“Dəstək olmaq yerinə alça yeyirdi” - Elgizdən Eldara

Aparıcı Elgiz Əkbər bir vaxtlar müğənni Eldar Qasımovu tənqid etməsindən danışıb. 

OLAY yazır ki, o, bu barədə elə “Elgizlə izlə” proqramında açıqlama verib. 

Elgiz deyib ki, Eldar onun iradlarına cavab verməyib:

“Eldarı bir neçə dəfə tənqid etmişəm. Lakin o, çox qabiliyyətli, tərbiyəli uşaqdır. Mən əsəbləşmişdim. Ötən il Avroviziya zamanı hər birimiz Samirə Əfəndiyə dəstək olurduq, verilişdə təbliğat aparırdıq. Baxdım ki, Eldar səhifəsində alça yeməyini paylaşıb. Dəli oldum. Axı Samirəni paylaşa bilər, onun səhifəsində xaricilər daha çoxdur. Sonra öyrəndim ki, Samirə ilə arasında bir küsülülük var. Eldar böyük-kiçik yeri biləndir. Onu tənqid etsəm də, pis cavab verməyib. Hətta jurnalistlər açıqlama üçün zəng edəndə deyib ki, o məndən böyükdür, deyib, nə olsun? Ona görə ömür boyu çörəyi olacaq”.