Əməkdar artist Lalə Məmmədova Xalq artisti Zülfiyyə Xanbabayeva barədə dediyi sözlərlə diqqət çəkib.
OLAY yazır ki, sənətçilər “Liatris Holding”in doğum günündə bir araya gəlib. Gecədə Xanbabayeva Məmmədovadan mahnı oxumasını istəyib. O isə Zülfiyyənin istəyinə belə cavab verib:
“Zülfiyyə Xanbabayeva sevgisi mənimlə daim yaşayan sevgidir. Bilirəm ona imkan verməz, amma onu görəndə vallah onun çantasını da daşıyaram. Onun mərdliyinə, zövqünə, bir qadın olaraq onun duruşuna, hər şeyinə heyranam. İndi o, məndən nəsə istəsin, etməyim?”.