Azərbaycanın keçmiş Avroviziya təmsilçisi Səmra Rəhimli həmin beynəlxalq müsabiqə ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “10-da görüşək” verilişində danışıb.
Səmra deyib ki, yenidən həmin yarışma üçün təklif gəlsə, öz istədiyi tərzdə çıxış etmək istəyər:
“Avroviziyada təkrar iştirak etməyimlə bağlı bir söhbət var idi. Mən hər zaman ölkəmi təmsil etməyə hazıram. Amma öz komandamla və öz istədiyim tərzdə çıxış etmək istəyərəm. Çünki Avroviziya izləyicisi saxta olanı tez görür. Ona görə də ora özün öz tərzində getməlisən”.