WOW
WOW

“İlqarə anasız böyüyüb”

“İlqarə anasız böyüyüb”

“Hər kəs bilir ki, Aygün Kazımovanı nə qədər çox sevirəm. Mümkün deyil qəlbimdəki hissi çıxarsın. Onun özünə də demişdim ki, siz özünüz belə içimdən sevgini çıxara bilməzsiz. Mən onun fanatıyam, amma onu təqlid edən müğənni deyiləm. Tanından sonra bunu etiraf etmişəm. Sənətə gəlib, addım atanda deməmişəm ki, bəlkə dəstəyi olar”.

OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyeva ATV-də yayımlanan “7 özəl” proqramında deyib. Şou-biznesin 7 ən yaxşı anasını seçən sənətçi Xalq artisti Aygün Kazımovanı ən son pilləyə layiq görüb:

“Aygün Kazımovanın həyatda ən çox sevdiyi bir şey varsa, o da səhnədir, sənətidir. Mən onu sənət fədaisi bilirəm. Deyərdim ki, İlqarə həm də anasız böyüyüb. Bəlkə səhv bilirəm, amma onu görürəm. İlqarə də müğənnilik fəaliyyətinə başlayanda çalışırdı ki, anasının adı yanında hallanmasın”.