Avroviziya-2009 mahnı müsabiqəsində Azərbaycana üçüncülük gətirən və səhnə ilə vidalaşan Aysel Teymurzadə “Karvan” qrupunun konsertində iştirak edib.
OLAY yazır ki, keçmiş müğənni gecəyə həyat yoldaşı, Xalq artisti Murad Adıgözəlzadə ilə birgə qatılıb.
Tədbirdə yer alan Nigar Camal cütlüklə foto çəkdirərək instaqram hesabında paylaşıb.
Bundan əlavə, şəkillərdə Eldar Qasımov, şairə Zəhra Bədəlbəyli, Əməkdar artist Cabir İmanov da yer alıb.