İllər öncə ailə quraraq səhnədən gedən Avroviziya təmsilçimiz Aysel Teymurzadə (Adıgözəlzadə) 33 yaşını qeyd edib.
OLAY yazır ki, sənətçi ona gələn təbriklərə görə hər kəsə minnətdarlığını bildirib.
Aysel bu barədə İnstaqramda fotosunu paylaşaraq bu sözləri yazıb:
“Xoş gəldin, 33! Çox minnətdaram! Hər şey üçün Allaha şükür! Ad günü təbrikləri üçün hər kəsə təşəkkürlər! Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Allah sizi qorusun!”.
Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurub. Onların üç övladı var.