Musiqi
Musiqi

Nigarla Eldar 10 il sonra... - VİDEO

Nigarla Eldar 10 il sonra... - VİDEO

Avroviziya qalibləri Nigar Camal və Eldar Qasımov 10 ildən sonra yeni duet təqdim edib.

OLAY yazır ki, onlar 1990-cı və 2000-ci illərdə hit olan mahnılardan ibarət “mash up” hazırlayıblar. 

Müğənnilər Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan və başqalarının vaxtilə fenomen olmuş mahnılarını yeni aranjımanda ifa ediblər.

Bəstələr üçün kamera qarşısına keçən duet ortaqları iki gün ərzində müxtəlif obrazları canlandırıblar. 

Eko Ağalarovun ekranlaşdırdığı klipin bəzi səhnələrində Nigar Camal Merilin Monro, Eldar Qasımov isə Elvis Preslini oynayıb. Ekran işində aktyor Nicat Rəhimov və şairə Zəhra Bədəlbəyli də yer alıb.

Qeyd edək ki, mahnı sənətçilərin rəsmi səhifələrində və dijital platformalarda paylaşılıb.