Olay
Olay

“Karvan” 30 il sonra...

“Karvan” 30 il sonra...

Ötən gün əfsanəvi “Karvan” qrupunun konserti baş tutub.

OLAY yazır ki, tədbir illər sonra Heydər Əliyev Mərkəzində keçirilib.Gecədə “Avroviziya” qalibimiz Eldar Qasımov və müğənni Emiliya Yaqubova səhnə alıb. 

Müğənni İlqar Xəyalın da çıxış etdiyi tədbirdə  uzun illər populyar olan mahnıları səslənib.

Qeyd edək ki, “Karvan” 1984-1993-cü illərdə fəaliyyət göstərmiş pop musiqi qrupudur. Yevgeni Baxtin, Sevil Hacıyeva, İlqar Xəyal və Tamilla Ağamiyeva kimi simalar onun üzvü idi.

Həmin dövrdə Qarabağda gedən müharibə və “Karvan”ın bədii rəhbəri Mikayıl Vəkilov, musiqi rəhbəri Firuz İsmayılovun ölkədən getməsi onların ayrılmasına səbəb oldu.