İngiltərə kral ailəsinin ən sevilən cütlüklərindən olan Kate Middleton və şahzadə Uilyam 11-ci evlilik ildönümlərini qeyd edib.
OLAY yazır ki, ötən gün onların izdivacının 11 il tamam olub.
Qeyd edək ki, Kate və Uilyam 29 aprel 2011-ci ildə “Westminster Abbey” sarayında evlənib. Cütlüyün iki oğlan, bir qız olmaqla üç övladı var. Kate kral ailəsinin sevimli gəlinlərindən biri olmaqla yanaşı, stili, xüsusiyyətləri ilə də dünya mediasının nəzərindədir. Zaman-zaman Şahzadə Harrinin xanımı Meghan Markle ilə rəqabəti gündəm olsa da, sakit, mülayim ab-havası onu maraq dairəsində saxlayır.