Müğənni Nadir Rüstəmli bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib.
OLAY yazır ki, Avroviziya təmsilçimiz instaqramda canlı açaraq Azərbaycan delegasiyasından narazı olmadığını, görüntülərə montajla müdaxilə olunduğunu qeyd edib:
“Səhv anlaşılma var. Siz videonun bir hissəsini görmüsüz. Bəzi məqamlar kəsilib. Bir az kobud səslənsə də, bunu deyəcəm. Heç kəs cürət edə bilməz ki, məni nəyəsə məcbur etsin. Komandam rahatlığımı təmin edir, çox sağ olsun. Mənim müəyyən öhdliklərim var. Şərtləri qəbul edərək müqavilə imzalamışam. Bilmədiyim, başa düşmədiyim bəzi nüanslar var ki, soruşuram.
Deyirlər ki, delegasiya Nadiri sıxır. Mən səhv başa düşülürəm, elə görünür ki, narazıyam. Əslində belə deyil. Videoda işlədilən “Ceremi azərbaycanlı deyil”in mənası odur ki, yəni onların delegasiyası başqadır, bizim komanda ilə işləmir. Hətta onu restoranda əyləşməyə qoymurlar. Məndə isə rahatlıq verirlər. Bu yaxşı tərəfləridir”.
Qeyd edək ki, yayılan görüntülərdə ifaçının nümayəndə heyətimizlə mübahisəsi yer almışdı. Müğənni builki Belçika təmsilçisi Ceremini misal gətirərək sual ünvanlamışdı, instaqram hesabını geri istədiyini bildirmişdi.