WOW
WOW

Telegram rəhbəri BƏƏ vətəndaşı oldu

Telegram rəhbəri BƏƏ vətəndaşı oldu

Dünyaca məşhur “Telegram” platformasının rəhbəri Pavel Durov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı olub.

OLAY yazır ki, bu barədə Durovun özü məlumat yayıb. O, Rusiya, Sent Kitts və Nevis ada ştatı, Fransadan sonra BƏƏ-dən vətəndaşlıq alıb.

Eyni zamanda  “VKontakte” sosial şəbəkəsinin yaradıcısı olan Pavelin 2021-ci ilin fevralında BƏƏ vətəndaşı olduğu qeyd olunub və o, uzun müddətdir ki, Rusiyaya səfər etmir.