Müğənni Elçin Cəfərov paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, Elçin instaqramda “story” paylaşaraq bunları qeyd edib:
“Mənə bir gün bir dostum sual verdi ki, kişilik nədir? Mən onu cins olaraq anladım və lazım olan cavabı verdim. Amma yaşadıqca daha dərindən dərk etdiyim üçün bu qərara gəldim.
Kişilik cinsiyyətə baxmır. Kişilik xarakterdir, şəxsiyyətdir, insanı insan edən ən dəyərli xüsusiyyətdir. Bu yazıları arabir paylaşmağımın səbəbi yaşadığım müddətdə öyrəndiklərimi paylaşmaq va insanlara faydalı olmaq niyyətimdəndir. Səbrlə oxuduğunuz üçün çox sağ olun”.