Türk kinosunun ustad siması Kadir İnanırın vəfatından sonra gündəmə gələn, təxminən 1 milyard TL (35 milyon manat) dəyərində olduğu bildirilən mirasın detalları məlum olub.
OLAY yazır ki, aktyorun mirasında daşınmaz əmlaklar ən böyük payı təşkil edir. İstanbul, Ordu və müxtəlif yaylıq bölgələrdə yerləşən daşınmaz əmlakların bazar dəyərinin təxminən 650 milyon TL (23 milyon manat) olduğu təxmin edilir.
Kadir İnanırın sərvəti yalnız daşınmaz əmlakla məhdudlaşmır; qiymətli əşyalar və bank hesablarındakı nağd pullar da hesabatda yer alır.
Sənətçinin 25-dən çox lüks saatdan, həmçinin qızıl alışqan, üzük və qələmlərdən ibarət xüsusi kolleksiyasının dəyərinin təxminən 50 milyon TL olduğu iddia edilib. Bundan əlavə, kolleksiyada 3 mindən çox və təxminən 35 milyon TL dəyərində xüsusi qurbağa fiqurlarının da olduğu bildirilir.
Məşhur sənətçinin depozit hesablarında 200 milyon TL-dən çox nağd vəsaitin olduğu və müxtəlif maliyyə aktivlərinin də miras çərçivəsində yer aldığı qeyd edilib.