“Met Gala” 2022-nin ikinci bölümünün mövzusu açıqlanıb.
OLAY yazır ki, moda dünyasının ən məftunedici gecələrinə ev sahibliyi edən Met Gala 2022-nin yeni mövzusu birincisi kimi “Amerikada: Moda Antologiyası” idi.
Met Gala-nın ikinci seriyasında qonaqlar geyimlərini “göstərişli, cazibədar və ağ qalstuk” mövzusunda seçəcəklər.
Məşhur adlar 1870-1890-cı illər arasında Nyu-Yorkun əzəmətini ortaya qoyan geyimləri ilə gecədə gündəmə gələcək.
“Vogue” jurnalının redaktoru Elisa Taylor gecə ilə bağlı “O dövrdə rənglər zəngin və ləl-cəvahirat tonları idi. Nyu-York küçələrində açıq rənglərə yalnız evdə üstünlük verilirdi, çünki bu, praktiki deyildi. Şapka geyinmək məcburi idi”,- deyə vurğulayıb.
Digər tərəfdən, 1890-cı illərdə Nyu-Yorkda qadınların tez-tez korsetlərdən istifadə etdikləri, velosiped sürmə və tennis kimi fəaliyyətlər, həmçinin, göstərişli geyimlər səbəbiylə gündəlik və idman geyimlərinə üstünlük verdikləri də məlumdur.
Hər il olduğu kimi, mayın 2-də baş tutacaq tədbirdə kimlərin necə görünəcəyi maraq doğurur.