WOW
WOW

Bekhemlərin gəlini kimdir?

Bekhemlərin gəlini kimdir?

Bir neçə gündür ki, dünya şousunda keçmiş futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin oğlu Bruklin Bekhemlə evlənən Nicola Peltzin kimliyi, stili və eks-sevgililəri müzakirə olunur.

Bəs Nikolanı daha yaxından tanımaq istərdiniz?

OLAY sizə Bekhemlərin gəlini haqda ətraflı məlumatı təqdim edir.

27 yaşlı Nicola Anne Peltz özünü aktrisa, yazıçı və rejissor kimi tanıdır. Nikola müxtəlif rolları ilə tanınır. Peltz 9 yanvar 1995-ci ildə Nyu-Yorkun Westchester Countydə milyarder iş adamı Nelson Peltz və model Claudia Heffnerin qızı kimi dünyaya gəlib. Ögeylər də daxil olmaqla cəmi 7 bacı-qardaşdır. Onun bacılarından biri Uill Peltz aktyor, digər qardaşı Bred Peltz isə buz xokkeyçisidir.

Aprelin ilk həftələrində ailə quran cütlük soyadlarını hər iki tərəfin də istifadə etməsinə qərar verib. Yəni onlar  Peltz Beckhem kimi tanınacaqlar. Cütlüyün toydan əvvəl nikah müqaviləsi bağladığı da öyrənilib. Lakin bu müqavilədə amerikalı aktyor Nikola Enn Peltsin atası, milyarder iş adamı Nelson Peltsin əli olduğu ortaya çıxıb.

Hər iki gəncin ailələri var-dövləti ilə gündəmdədir. Bekhem cütlüyünün ümumi sərvəti 380 milyon funt-sterlinqdir. Nicola Anne Peltz ailəsinin sərvəti onlardan demək olar ki, üç dəfə çoxdur. Peltz ailəsinin sərvəti 1,3 milyard funt-sterlinqdir. Nelson Peltz ölkəsindəki bir neçə varlı adamdan biridir.