Dünya ulduzu Cennifer Lopez səhər saatlarında etdiyi dəriyə qulluq rutinini sosial media hesabında izləyiciləri ilə bölüşüb.
OLAY yazır ki, tamamilə makiyajsız kamera qarşısına keçən 52 yaşlı müğənni xüsusi efektdən istifadə etmədiyini bildirib.
Lopez günə hər zaman pozitiv başladığını və müsbət mesajları oxuduğunu deyib.
İfaçı duşdan çıxdıqdan sonra üzünü özünə məxsus “JLO Beauty” brendinin təmizləyicisi ilə yuyub, daha sonra bütün dərisinə “serum” edib.
Günəşdən qoruyucu kremi 20 yaşının əvvəlindən bəri istifadə etdiyini söyləyən Lopez bu vərdinişin onun gözəllik sirlərindən biri olduğunu deyib.
Günəşli olmayan günlərdə də günəş kremindən istifadə etdiyini bildirən Ceylo rutinini göz kremi ilə tamamlayıb.