“Narmiw.Niko” cütlük səhifəsi ilə tanınan bloger Nərmin Əliyevanın qəzada vəfat edən bacısı Məryəm Əliyeva Gəncədə dəfn edilib.
OLAY yazır ki, bu barədə Nərmin instaqramda paylaşım edib. O, bacısının orqanlarının bağışlandığını yazıb:
“Bu gün balaca balamızı son mənzilə yola saldıq. Sağlığında hər kəsin köməyinə çatdığı kimi, gedərkən də öz xeyirxahlığını göstərdi. Bacımın gözəl ürəyi və bir neçə orqanı 6 nəfərə həyat verdi. Bu bağışlanma sayəsində bu gün hansısa ana övladına qovuşacaq, hansısa ata yenidən ailəsinə sarılacaq, hansısa gənc həyata tutunacaq. Səninlə fəxr edirik, mənim mələyim”.