Kuşadasında son mənzilə yola salınacaq olan Ece İrtemin son görüntüləri barədə vəkili Uğur Gökkoyun açıqlama yayıb.

OLAY yazır ki, vəkil məlumat çirkliliyini aradan qaldırmaq istəyib.  O, anasının ifadəsində yer alan detalları bölüşüb:

“15 iyun Ecenin ad günü idi. Lakin mədə ağrısı və halsızlıq səbəbindən dostlarının ad günü şənliyinə qatılmaq istəməyib. Anası ilə Moda sahilində qısa müddət gəzişiblər. Sahildəki məkanda iki qazlı su içiblər. Ödəniş qəbzi anasındadır. Mədə ağrısı səbəbindən evə qayıtmaq istəyib. Evləri məkandan 100 metr məsafədədir. Kameraya düşən fərqli yeriməsi məhz bu ağrıya görə olub. Tayland səfərində mədəsinin soyuqladığını deyib. Həkimə getmək istəməyib. Dincəlmək üçün dərhal yatmağa gedib”.

“Həkimə getmək istəməyib”