Əməkdar artist Könül Kərimova uzun fasilədən sonra yaradıcılıq sükutunu pozaraq yenidən kamera qarşısına keçib.
OLAY yazır ki, sənətçi müğənni İntizar Məmmədzadə birlikdə ifa etdiyi “İki Dəli” duetinə klip üslubunda xüsusi videoçarx hazırladıb.
Sevgi, duyğu və fərqli ovqatı özündə birləşdirən mahnının ekranlaşdırılan görüntüləri maraq doğurur. Videoçarxın bir hissəsi Cabbar Musayev, İntizar Məmmədzadə və Könül Kərimovanın yeni istifadəyə verdikləri, məhz özləri üçün hazırlatdıqları studiyada lentə alınıb.
Musiqi layihəsinin yaradıcı heyətində tanınmış adlar yer alıb. Mahnının sözləri Elçin Məhərrəmova, musiqisi Cabbar Musayevə məxsusdur. Aranjimanı İntizar Məmmədzadə edib. Videoçarxın ssenari müəllifi də İntizar Məmmədzadədir
Uzun fasilədən sonra ekran işi ilə gündəmə gələn Könül Kərimovanın bu musiqili sürprizi sənətsevərlərin diqqətini çəkəcək.