Əməkdar artist Dilarə Əliyeva “Məhəllə” filmindəki tərəf müqabili Cabir İmanovun itkisi ilə sarsıntı yaşadığını yazıb.
OLAY yazır ki, o, instaqramda bu fikirlərə yer verib:
“Həyat xatirələrdən ibarətdir. Onunla xatirələr iki dünyaya da sığmır.
Hər dəfə onunla işləyəndə sənətə bir az da bağlanırdım. Çünki Cabir işinə təkcə peşə kimi yox, qəlbinin sevinci kimi yanaşırdı. Onun gülüşü, zarafatları, mehriban baxışları indi xatirələrdə qaldı…
İndi içimdə böyük bir boşluq var. Birlikdə çəkildiyimiz hər kadr indi xatirəyə çevrilib. O gülüşlər, o baxışlar, səhnə arxasındakı söhbətlər indi yalnız qəlbimdədir. Mənə deyirlər, zaman hər şeyi unutdurur, amma mən inanmıram… belə insanların yoxluğu unudulmur, sadəcə daha dərin ağrıya çevrilir.
Cabir sənətdə, insanlığında böyük işıqlı iz qoyub getdi.
Qəlbimdə həmişə yaşayacaqsan…”.