Müğənni Zamiq Hüseynov bu gün vəfat edən Əməkdar artist Cabir İmanovla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
OLAY yazır ki,müğənni instaqramda post paylaşaraq bu sözləri yazıb:
“Dünən bir yerdə toyda idik. Qucaqlaş, öp, bağrına bas, rəqs et, sən demə sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost… Allah sənə rəhmət eləsin! Vaxtsız getdin! Hər zaman qəlbimizdə gülər üz, pozitiv, nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum”.