Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, paylaşımda deyilir:
“Nurlu, səmimi və qeyri-adi istedada malik insan - Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!”.